İndoneziyada dəhşətli zəlzələ və sunami: 832 ölü - Şok VİDEO

30 Sentyabr 2018 11:28

İndoneziyanın Sulavesi adası yaxınlığında 7.7 bal gücündə zəlzələ baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İndoneziyadan keçən Alov qövsü ötən gecədən etibarən aktivləşib. Səhər saatlarında bölgədə 6.1 bal gücündə baş verən zəlzələdən sonra 4.5-5.5 bal arası bir neçə təkan qeydə alınıb.

Dəhşətli zəlzələdən sonra sunami baş verib.

Yayımlanan videoda nəhəng sunami dalğasının şəhərə daxil olması əks olunur.

Dəhşətli zəlzələ zamanı ölənlərin sayı 832 nəfərə çatıb.

Trend xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

Daha öncə 420 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İndoneziyada dəhşətli zəlzələ və sunami: 832 ölü