İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu - VİDEO

28 Sentyabr 2018 20:56

İndoneziyanın Sulavesi adasında 7,4 maqnitudalı zəlzələdən sonra güclü sunami əmələ gəlib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hündürlüyü iki metrə çatan dalğa sahildəki tikililəri dağıdıb, kiçik gəmini okeana aparıb. 

Bununla belə zərərçəkən olmayıb. 

Qeyd edək ki, Sulavesidə zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla adam xəsarət alıb.

Əhalinin təxliyə edilməsi prosesi davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:
İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu

Milli.Az