7 yaşlı uşaq “iOS 12”də boşluq tapdı

27 Sentyabr 2018 20:44

7 yaşlı uşaq yeni istifadəyə verilən "iOS 12" sistemində boşluq aşkar edib.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, uşaq valideynlərə övladlarının oyun qarşısında keçirdikləri vaxta nəzarət etməyə imkan verən "Ekran vaxtı" funksiyası tərəfindən qoyulan məhdudiyyəti keçməyə müvəffəq olub.

Oyun vaxtı bitən kimi uşaq proqramı silib, sonra onu "App Store" internet mağazasında "Alış" bölməsindən yenidən quraşdırıb və məhdudiyyətsiz oynamağa davam edib.

Ata oğlunun oyun qarşısında daha çox vaxt keçirməsindən şübhələnib və yalnız bir neçə gün sonra ondan bunun sirrini soruşub.

Məlumat üçün bildirək ki, "iOS 12" əməliyyat sistemi 17 sentyabrda təqdim edilib. Yeniliklərin böyük hissəsi iş prosesinin sürəti və optimallaşdırılması ilə bağlıdır.

Milli.Az