Müğənni Jasmin iş adamına ərə getdi - VİDEO - FOTO

17 Sentyabr 2011 10:03
Toyu Nikolay Baskov aparıb.

Qonaqlar arasında modelyer Valentin Yudaşkin, Moldovanın eks-prezidentləri Pyotr Luçinski və Vladimir Voronin, populyar müğənnilər Aleksandr Buynov, Filipp Kirkorov, Verka Serdyuçka da olub. Moskvadan Kişinyova Jasminin nənəsi Sara yollanıb. Anasını tez itirən müğənnini nənəsi böyüdüğ. Ümumilikdə toya təxminən 400 qonaq dəvət edilib.

Bəy Kişinyovun ən prestijli zalını - Respublika Sarayını icarəyə götürüb. Moldova parlamenti də iclaslarını həmin binada keçirir. Mərasimə və tanınmış qonaqlara tamaşa etmək üçün şəhərin mərkəzinə yüzlərlə adam toplaşıb.

Cütlük bir neçə il əvvəl bir şənlikdə tanış olublar. İlanın 24 yaşı olsa da, bu, onun 33 yaşlı ulduzun qəlbini qazanmasına mane olmayıb. Toydan əvvən Jasmin jrnalistlərə deyib ki, İlan Şorun şəxsi keyfiyyətlərinə valeh olub və aralarındakı yaş fərqini hiss etmir.

İlan Şor atası - Moldovanın tanınmış iş adamı Miron Şorun ölümündən sonra şirkətlər qrupunun varisi olub. Jasmin Dağıstanda anadan olub və orada əməkdar artist fəxri adını alıb. O, müğənnili karyerasına 1999-cu ildən başlayıb. Jasmin bundan əvvəl ailəli olub və bir oğlu var.

Milli.Az

Videonu izləmək üçün aşaöıdakı şəklə klikləyin.