İnquşetiyada partlayışlarda zərərçəkənlərin sayı artır - FOTO-VİDEO - YENİLƏNİB
5 Aprel 2010 17:58
Dəqiqləşdirilmiş məlumatlara görə, bu səhər Qarabulaq şəhərində baş vermiş partlayışda 13 nəfər xəsarət alıb. RİA "Novosti" hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, Qarabulaq Daxili İşlər İdarəsinin binası qarşısında bir-birinin ardınca iki partlayış olub. Birinci partlayış zamanı staj keçən iki milis əməkdaşı ölüb, dörd nəfər yaralanıb. İkinci partlayışda isə 9 nəfər xəsarət alıb. Onların arasında Qarabulaq şəhər prokurorunun səlahiyyətlərinin icraçısı da var.
09:55
Milli.Az xəbər portalı RİA "Novosti"-yə istinadən xəbər verir ki, partlayış nəticəsində bir milis işçisi ölüb, üç nəfər xəsarət alıb. İnquşetiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib, insidentin təfərrüatları araşdırılır.