iPhone-un axırıncı modelinin maya dəyəri açıqlandı - 443 dollarlıq telefonu, 2600-ə satırlar

27 Sentyabr 2018 13:40

Hazırda "iPhone"nun ən bahalı modeli olan Xs Max-ın maya dəyəri açıqlanıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, istehsal olunduğu ölkədə 1249 dollara satılan Xs Max-ın maya dəyəri 443 dollardır (təxminən 750 manat).

TechInsights adlı şirkət iPhone-nun yeni modelində istifadə olunan detalların qiymətini hesablayıb və məlum olub ki, ən iri ekranlı və ən bahalı model olan Xs Max-ın hazırlanması "Apple" şirkətinə 443 dollara başa gəlir.

Qeyd edək ki, bu telefonlar ölkəmizdə 2600-3500 manatdan təklif olunur.

Bəxtiyar Umarlı
Milli.Az