Kolumbiyada avtobus dərəyə düşdü: 17 ölü, 8 yaralı
5 Aprel 2010 10:14
Milli.Az xəbər portalı RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb, 8 adam xəsarət alıb. Kolumbiyanın Caracol radiosunun məlumatına görə, qəza paytaxt Boqotanın 180 kilometr şimal-qərbində baş verib.
Sərnişin avtobusu Antiokiya departamentinin San-Luis yaşayış məntəqəsi yaxınlığında idarəetməni itirib və dərəyə yuvarlanıb. Həlak olan 17 nəfərin meyiti tapılıb. Onların əksəriyyətinin gənclər olduğu bildirilir. Fövqəladə hallar üzrə regional xidmətin məlumatına görə, tələfat sayı arta bilər. Belə ki, avtobusda 25 sərnişinin oluğu qeydiyyata alınıb. Amma biletsiz sərnişinlərin olması da istisna edilmir.
Polis magistralda hərəkəti dayandırıb. Dağın yamaclarında axtarış-xilasetmə işləri aparılır. İlkin versiyaya görə, avtobusun arxa təkəri partlayıb.
Rəsmi məlumatlara görə, hər il Kolumbiyada yol qəzaları 5000-dən artıq adamın həyatına son qoyur.
Milli.Az