Almaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

26 Sentyabr 2018 18:00

Almaniyanın Türingiya vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Polisdən bildirilib ki, Alkersleben icması yaxınlığındakı aerodromdan qalxan təyyarə qısa müddət sonra yerə düşüb və alovlanıb.

Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Milli.Az