18:15
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatının gümüş medalını qazanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həlledici görüşdə Gürcüstan idmançısı Quram Tuşişviliyə məğlub olan Uşanqi Kokauri dünya çempionatını ikinci pillədə başa vurub.
---------
17:33
Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.
Milli.Az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın idmançısı Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxıb.
Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə Aleksandr Qordiyenkoya (Ukrayna) 2 dəqiqə 9 saniyəyə ipponla qalib gəlib. Cüdoçumuz 1/4 finalda Lukas Krpaleki (Çexiya) məğlub edib. Kokauri yarımfinalda Bekmurod Oltiboyevlə (Özbəkistan) qarşılaşacaq. Uşanqi Kokauri özbək rəqibinə 25 saniyəyə ipponla qalib gələrək dünya çempionatının finalına yüksəlib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.
Milli.Az