Azərbaycan Pakistanda keçiriləcək müdafiə sərgisinə dəvət alıb

26 Sentyabr 2018 18:24

Pakistan Azərbaycanı bu il noyabrın 27-30-da Kəraçi şəhərində keçiriləcək İDEAS-2018 Beynəlxalq Müdafiə sərgisinə dəvət edib.

Milli.Az xəbər verir ki, bunu report-a Pakistanın III ADEX-2018 Beynəlxalq Müdafiə sərgisindəki nümayəndə heyətinin rəhbəri Əli Tahir deyib.

O, Azərbaycanın bu dəvəti qəbul edəcəyini bildirib.

Milli.Az