Aygün Kazımova, İsmayıl YK, aşıq Mübariz... - FOTO

26 Sentyabr 2018 07:21

Aşıq Mübariz Camaloğlu sosial şəbəkədə xalq artisti Aygün Kazımova və türkiyəli məşhur sənətçi İsmayıl YK ilə fotolarını paylaşıb.

Milli.Az bildirir ki, "ölkə.az"-a açıqlama verən Camaloğlu fotoların Moskvadakı məclislərdən birində çəkildiyini deyib:

"Məclisdə Azərbaycanın və Türkiyənin bir sıra məşhur sənətçiləri iştirak edirdilər. Namiq Qaraçuxurlu və Aygün Kazımova da illər sonra ilk dəfə duet oxudular".

Qeyd edək ki, A.Kazımova və Namiq Qaraçuxurlu 2004-2011-ci illərdə bir sıra layihələrə imza atıblar. 

Milli.Az