ABŞ Azərbaycandakı Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək?

24 Sentyabr 2018 11:26

Biz gərgin çalışırıq ki, ADEX sərgisində ABŞ şirkətləri də iştirak etsin.

Milli.Az xəbər verir ki, bunu "ITE Group" şirkətinin regional direktoru Edvard Stron bildirib.

O deyib: "Bu, hələ yeni sərgidir. Cəmi 3-cü dəfədir ki, keçirilir. Amma biz əlimizdən gələni edirik ki, orada istirak edən dövlət və şirkətlərin sayı artsın.

İstəyirik ki, ABŞ da bu sərgidə iştirak etsin. İstəyirik ki, azərbaycanlılar da Amerikada istehsal olunan mudafiə sənayesi məhsullarına toxunsunlar".
 
İlkin İzzət
Milli.Az