Ukrayna hərbi gəmiləri Rusiyanın xüsusi iqtisadi zonasına daxil oldular - VİDEO

23 Sentyabr 2018 17:35

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Donbas" və "Koreç" gəmiləri Azov dənizinə keçmək üçün Krım körpüsü yaxınlığında Kerç-Yenikal kanalına daxil olublar.

Milli.Az Life.ru-ya istinadən xəbər verir ki, Ukrayna gəmiləri Krım sahilləri boyunca hərəkət edərək həmçinin Rusiyanın xüsusi iqtisadi zonasına da daxil olublar.

Gəmilərin Odessadan yola çıxdığını və Azov dənizindəki Berdyansk bölgəsi istiqamətində hərəkət etdikləri bildirilir.

Videonu izləmək üçün şəklə klikləyin:
Ukrayna hərbi gəmiləri Krıma yaxınlaşır

Zaur
Milli.Az