Sərxoş Məhəmməd klubdan qovuldu, qayıdıb maşını ilə içəri girdi - VİDEO - FOTO

22 Sentyabr 2018 13:09

İngiltərənin Kent qraflığında sürücü avtomobilini kluba sürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Hadisədən bir müddət sonra sürücü saxlanılıb. Adam öldürməyə cəhd etdiyinə görə onunla bağlı cinayət işi açılıb.

21 yaşlı Məhəmməd Abdul adlı sürücü ötən gün hakim qarşısına çıxarılıb. O, bildirib ki, hadisəni klubun mühafizəçilərindən "intiqam" almaq üçün törədib. Belə ki, 15 badə şərab içən Məhəmməd tekila da içib, narkotik maddə qəbul etdiyinə görə klub mühafizəçiləri tərəfindən çölə çıxarılıb. O, da hirsini soyutmaq üçün avtomobilini kluba sürüb.

Mart ayında baş verən hadisənin görüntüləri əldə olunub.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobil gecə klubuna girdi

Emin
Milli.Az