Obama xristianların Pasxa bayramını təbrik etdi
4 Aprel 2010 12:36
Milli.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, həftəlik radio müraciətində Obama yəhudilərə və qeyri-xristian icmalara da müraciət ünvanlayıb.
Prezident müraciətdən istifadə edərək diqqəti administrasiyasının əsas prioritetlərinə yönəldib ki, bunların sırasında yeni iş yerləri yaratmaq, tibbi xidmətə çıxışı təkmilləşdirmək və təhsili inkişaf etdirmək daxildir.
Müxalifətdə olan Respuiblikaçılar isə cavab müraciətində Obama adminstrasiyasının maliyyə sektorunda təklif etdiyi islahatlarn vergi artımına gətirib çıxaracağını bildirir. Konqres üzvü Kevin MakKarti deyib ki, hökumətin defisit xərcləri onsuz da rekord həddə çatıb və bu islahat planı xərcləri bir qədər də artıracaq.
Milli.Az