Sevil Nuriyeva həyat yoldaşının dəfnində... - FOTO

21 Sentyabr 2018 14:06

Xəbər verdiyimiz kimi, Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi Azərbaycana gətirilərək Nardaran qəsəbəsində dəfn edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəfndə mərhumun atası Ədalət Partiyasının sədri İlyas İsmayılovun dostları, ziyalılar iştirak ediblər.

Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva da başsağlıqlarını qəbul edib.  

Qeyd edək ki, Etimad İsmayılov İstanbuldakı ofisində Gözəl Dəmirov tərəfindən güllələnərək qətlə yetirilib.

Milli.Az