Etimad İsmayılov dəfn edildi - YENİLƏNİB - FOTO

21 Sentyabr 2018 12:51

12:51

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Etimad İsmayılov Nardaran qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, E.İsmayılov İstanbulda keçmiş polis zabiti və biznesmen Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. G.Dəmirov hadisəni pul üstündə törətdiyini etiraf edib.

E.İsmayılov "Ədalət" partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

----------
11:20

Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq. 

Milli.Az