Bakıda marşrut avtobus hasara çırpılıb
4 Aprel 2010 11:31
Nəsimi Rayon Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şirkətə məxsus H 018-202 nömrə nişanlı "Toyota" markalı avtomobil Xan Şuşinski küçəsi ilə hərəkət edən 90 BK 864 dövlət nömrə nişanlı 183 saylı marşrut-avtobusla toqquşub.
Məlumata görə, hadisə nəticəsində marşrut avtobus yaxınlıqdakı evlərdən birinin hasarına çırpılıb.
NRYPİ-dən bildirildiyinə görə, insident nəticəsində xəsarət alan olmayıb.
/ANS PRESS/