Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində yeni təyinat

3 Aprel 2010 23:26
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun əmri ilə həmin vəzifəyə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun namizədliyi təsdiq olunub. Bunu DİN-in mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Trend-ə bildirib.

Usubovun digər əmrinə əsasən, polis polkovnik-leytnantı Kamran Əliyev ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

/Trend/