3 özəl xiyar maskası - HAZIRLANMA QAYDASI

29 Sentyabr 2018 22:40

Xiyarın tərkibinin 96 faizinin sudan ibarət olması dərinin nəmlənməsinə kömək edir. Buna görə xiyar maskaları dərini nəmləndirməklə yanaşı qırışların da qarşısını alır.

Xiyar maskası - 1

Ərzaqlar:

2 ədəd xiyar

2 desert qaşığı yoğurt

1 çay qaşığı zeytun yağı

Hazırlanması:

Xiyarları sürtgəcdən keçirdikdən sonra yoğurt və zeytun yağı əlavə edərək qarışdırın. Təmiz dəriyə çəkib, 20 dəqiqədən sonra yuyun . Həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Faydası:

Bu xiyar maskası dəridəki rəng problemini həll edir, yumşaldır və hamar edir.

Xiyar maskası - 2

Ərzaqlar:

1 ədəd xiyar

1 xörək qaşığı Hind küncütünün yağı

1 x.q. alma sirkəsi

1 ədəd yumurta sarısı

Hazırlanması:

Xiyarı soyub sürtkəcdən keçirin. İçinə hind küncütünün yağını, alma sirkəsi və yumurta sarısı əlavə edərək qarışdırın. Qarışım krem halına gəldikdən sonra dərinizə çəkin. İstəsəniz boyun hissəsinə də sürtün. 30 dəqiqə gözləyin və yuyun. Həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Faydası:

Dərini dartmaqla yanaşı, qidalandıracaq. Ləkələrin rəngini açacaq.

Xiyar maskası - 3

Ərzaqlar:

1 ədəd xiyar

Lazımi qədər süd

Hazırlanması:

Xiyarı soyandan sonra bir boşqabın içində əzin. İçərisinə üzə yapışacaq qədər süd əlavə edin. 30 dəqiqədən sonra durulayın. Həftədə 2 dəfə istifadə etmək məsləhətdir.

Faydası:

Qırışları yox edir. 

Milli.Az