Kasilyas Çempionlar Liqasının tarixinə düşdü

19 Sentyabr 2018 12:15

Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Şalke" ilə səfər oyunu (1:1) "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

Milli.Az xəbər verir ki, veteran qolkiper Çempionlar Liqasının 20 mövsümündə çıxış edən ilk futbolçu kimi tarixə düşüb.

Kasilyas "Real"ın heyətində 3 dəfə analoji turnirin qalibi olub. O, 15 sentyabr 1999-cu ildə "Olimpiakos"la oyunda ÇL-də debüt edib.

Milli.Az