Hamı ələ salırdı, indi həsədlə baxırlar - FOTO

18 Sentyabr 2018 13:56

Əvvəllər məni ələ salır, aşağılayır, təhqir edirdilər. Məktəbdə oxuyanda "piyli donuz" deyirdilər. Sevgilim də olmayıb, çünki heç bir oğlan mənimlə tanış olmaq istəmirdi.

İngiltərənin Holl şəhərində yaşayan Keyt Parri ABŞ-ın "Netflix" striminq servisində nümayiş olunan "Insatiable" proqramında belə deyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, izafi çəkisindən bezən Keyt sərt pəhriz rasionu ilə qidalanmağa və idman etməyə başlayıb. O, həftədə 5 dəfə məşq edirdi.

Sonucda Keytin çəkisi 114 kq-dan 76 kq-a düşüb.

Keyt indi fitnes məşqçi işləyir və arıqlamaq istəyən xanımlara yardım edir.

Milli.Az