"Neftçi"də Emin Mahmudov müəmması: "Zirə"yə qarşı oynayacaq?

17 Sentyabr 2018 18:24

Azərbaycan millisinin düşərgəsindən zədəli qayıdan "Neftçi"nin futbolçusu Emin Mahmudovun sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə var.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə"yə qarşı oynayıb-oynamayacağı sual altındadır.

Mahmudov məhz bu səbəbdən dünən "Keşlə" ilə oyunu buraxıb.

Milli.Az