Riberi cəza ilə üz-üzə - İntizamsızlığına görə

17 Sentyabr 2018 20:08

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi cəzalana bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Riberinin "Bayer"lə oyunda (3:1) etdiyi hərəkət klub rəhbərliyi tərəfindən araşdırılacaq.

Oyunda ehtiyatda qalan Riberi qarşılaşmanın başa çatmasına 7 dəqiqə qalmış nümayişkaranə surətdə stadionu tərk edib. O, stadionu tərk edərkən komandanın baş məşqçisi Niko Kovaç 3-cü əvəzetmə ilə bağlı göstəriş vermişdi. Meydana çıxmayacağını bilən Riberi ehtiyat oyunçular skamyasını tərk edərək stadiondan çıxıb.

Klub rəhbərliyinin bu hərəkətinə görə ona pul cəzası verəcəyi gözlənilir. Riberinin Kovaçla münasibətlərinin qaydasında olmadığı da iddia edilir.

Milli.Az