Seda Sayan yıxılarkən poza verdi

17 Sentyabr 2018 12:09

Son zamanlar sosial şəbəkələrdə "Falling Stars"a (Yıxılan ulduzlar) fləşmobu trendə çevrilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hollivud ulduzları başda olmaqla milyonlarla insan instaqramda bu axına qoşulub. 

Türkiyədə isə yıxılaraq poza vermə ənənəsinə Seda Sayan start verib. Müğənni Londonda kafenin qarşısında yerə yıxılaraq şəkil çəkdirib. 

Sayanın bu paylaşımı müzakirələrə səbəb olub, bir çox insanlar tərəfindən bəyənilib. 

Qeyd edək ki, bu fləşmobu ilk dəfə DJ Smaş edib və qısa müddətdə Rusiyada populyarlaşıb. Daha sonra həmin axın bütün dünyada yayılmağa başlayıb. 

Milli.Az