Altı aylıq icazə... - BMT husilərlə razılığa gəldi

16 Sentyabr 2018 20:13

BMT ilə Husilər arasında əldə edilən razılaşmaya əsasən, Səna hava limanı xaricdə müalicə almaыı zəruri olan xəstələr üçün açılacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, BMT-nin Yəmən üzrə nümayəndəsi Liz Qranda husilərin "xarici işlər naziri" Hişam Şərəflə hava dəhlizinin yaradılması barədərazılığa gəlib.

Razılığa əsasən, BMT tərəfindən təşkil edilən proqramlar çərçivəsində sentyabrın 18-dən başlayaraq Yəmən xaricində müalicə alması vacib olan xəstələri üçün Səna hava limanından uçuşlar həyata keçiriləcək. Razılaşma 6 ay müddətində qüvvədə olacaq.

Milli.Az