Trampın oğlu Obamanı təhqir etdi – Ən yaxşı satıcı

16 Sentyabr 2018 20:12

ABŞ prezidenti Donald Trampın oğlu sabiq prezident Barak Obamanın konqresə seçim kampaniyasındakı çıxışını şərh edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, oğul Tramp ABŞ-ın uğursuzluqlarını Obamanın "ən yaxşı satıcı" olması ilə əlaqələndirib.

"Şübhəsiz ki, Obama bizim ən yaxşı satıcımızdır. Ağıllı insanlar gözəl bilir ki, o, bizim iqtisadiyyat və xarici siyasətimiz üçün heç bir yaxşı iş görməyib. Hamı görürdü ki, onun fəaliyyəti ABŞ-ı böyük risk qarşısında qoydu və onu zəiflətdi. Onun qoyduğu "qırmızı cızıqlar"ı digər ölkələr rahatlıqla keçiblər".

Qeyd edək ki, Barak Obama növbəti konqres seçkiləri üçün Demokrat partiyasının namizədi olmağı planlaşdırır.

Milli.Az