Brüsseldə atışma - Xəsarət alanlar var

16 Sentyabr 2018 20:07

Belçikanın paytaxtı Brüsseldə atışma olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi İksel İls van de Keerin verdiyi məlumata görə, hadisə Krua de fer küçəsində qeydə alınıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər axtarılır. Onların 5 və ya 6 nəfər olduqları bildirilir.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.

Milli.Az