"Roma" qələbəni əldən verdi - VİDEO

16 Sentyabr 2018 19:59

İtaliya A Seriyasında 4-cü turun görüşləri keçirilir.

"Roma" evdə "Kyevo" ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

A Seriyasında turnir cədvəlinə 9 xalla 1 oyun az keçirən "Yuventus" başçılıq edir. Eyni xala malik olan "Napoli" 2-cidir. "Roma" 5 xalla 7-ci, "Kyevo" -1 xalla sonuncudur.

"Roma" 2 - 2 "Kyevo"

Qollar: Stefan El-Şaaravi, 10, Brayan Kristante, 30 - Valter Birsa, 54, Mariuş Stepinski, 83

Milli.Az