İŞİD Kərkükə hücum etdi - Ölənlər var

16 Sentyabr 2018 19:39

İŞİD-in İraqda həyata keçirdiyi hücum zamanı 3 nəfər öldürülüb, 6 nəfər ağır yaralanıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə türkmənlərin yaşadığı Kərkük və Diyalədə baş verib.

İŞİD terrorçuları Kərkük şəhərinin 55 kilometrliyindəki Əl-Abbas məntəqəsinə silahlı hücum həyata keçirib. Nəticədə 1 polis və 1 dinc sakin öldürülüb, 1 nəfər isə yaralanıb. İŞİD terrorçuları dərhal hadisə yerindən qaçıb.

Digər bir hücum isə Diyalənin Əz-Zur bölgəsində qeydə alınıb. Yola yerləşdirilən minanın partlaması nəticəsində 1 hərbçi ölüb, 5 nəfər yaralanıb.

Milli.Az