Kafedən oğurluq edən “zek” tutuldu – Şəkidə

16 Sentyabr 2018 19:38

Şəki şəhərində kafelərdən birindən oğurluq hadisəsi baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şəhər ərazisindəki kafelərin birindən 198 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərov saxlanılıb.

Milli.Az