Sabirabadda kənd icra nümayəndəsi maşınla piyadanı vuraraq öldürüb - YENİLƏNİB

16 Sentyabr 2018 19:31

19:31

Bu gün günorta saatlarında Sabirabad rayonunun Zəngənə kəndindən keçən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi bsş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,rayonun Yolçubəyli kəndinin icra nümayəndəsi - 62 yaşlı Sadəli Məhyəddin oğlu Şahlarov idarə etdiyi "Mercedes 190" markalı 90 FP 497 dövlət nömrə nişanlı minik maşını ilə Zəngənə kəndinin 45 yaşlı Hakim Ələddin oğlu Məhərrəmovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19:22

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Zəngənə kəndində qeydə alınıb.

Sabirabad sakini, 1956-cı il təvəllüdlü Şahlarov Sadəli Məhyəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Məhərrəmov Hakim Ələddin oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az