Papa pedofiliyada ittiham olunan rahibi rütbəsindən məhrum etdi

16 Sentyabr 2018 19:19

Roma Papası Fransisk katolik məktəblərdə zorlama işlərində adı keçən rahib Kristian Prext Banyadosu kilsə rütbəsindən məhrum edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Santyaqo arxiyepiskopluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, rahib rütbəsindən birdəfəlik məhrum edilib və bu rütbədən irəli gələn bütün vəzifələrdən azad olunub.

Banyadosun müqəssir kimi cəlb edildiyi zorlama ilə bağlı işlərdə zərərçəkənlərin böyük əksəriyyəti yetkinlik yaşına çatmayan yeniyetmələrdir.

Milli.Az