"Real"ın maraqlandığı futbolçu "Porto"da qalmaq istəyir

16 Sentyabr 2018 18:50

"Porto"nun meksikalı futbolçusu Ektor Erreranın meneceri Qabriel Moraeş futbolçunun "Real"a mümkün transferi haqda açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Moraeş Erreranın bu mövsüm komandada qalacağını bildirib. Portuqaliya mətbuatına açıqlama verən Moraeş bunları deyib:

"Errera müqaviləsi bitənə qədər komandada qalacaq. Bəzi klubların təklifi oldu, ancaq o, Porto-nun futbolçusudur. Errera burda qalmaq istəyir. Qış transfer pəncərəsinə hələ çox var. Klub yeni müqavilə təklif etmək istəsə, danışacağıq".

28 yaşlı futbolçunun müqaviləsində "40 milyon avroya sərbəst qala bilər" maddəsi var. Ektor bu mövsüm Porto forması ilə 5 matçda iştirak edib və 1 qol vurub. 

Milli.Az