Bekhemin planı: Ronaldu və Messi eyni komandada

16 Sentyabr 2018 17:50

Mayaminin "İnter" futbol klubunun sahibi Devid Bekhem komandası üçün potensial ulduzları aramaqda davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha öncə əfsanəvi britaniyalı Kriştianu Ronaldu ilə müqavilə bağlamaq əzmində olduğunu bildirmişdi. İndi isə növbəti hədəf Lionel Messidir. 

Bekhem hesab edir ki, aregentinalı artıq 2020-ci ildə MLS-də çıxış edə bilər.

Mətbuat isə Messinin ABŞ-da top qovmaq perspektivlərini yüksək dəyərləndirir. Belə ki, 2020-ci ildə hücumçunun artıq 33 yaşı olacaq.

Onun Argentina millisi ilə yaşadığı problemləri nəzərə alaraq, futbolçunun vətənə dönmək istəməyəcəyi aydındır. Karyerasının sonunu ABŞ-da keçirmək isə Messi üçün ən sərfəli variant ola bilər.

Milli.Az