Əli Həsənov: "Rəsmi Bakı Türkiyənin Qarabağla bağlı mövqeyini dəstəkləyir"

3 Aprel 2010 15:47
"Rəsmi Bakı Türkiyənin Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə protokolları ilə bağlı tutduğu mövqeni dəstəkləyir".

Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə səfərini şərh edən administrasiyanın ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Səfər zamanı müzakirə olunan məsələlər barədə danışan Ə.Həsənov, ümumilikdə səfəri məhsuldar adlandırıb. Onun sözlərinə görə, Türkiyə rəhbərliyi növbəti dəfə Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatını səsləndirib. Bu isə Azərbaycan xalqını məmnun edir. Tərəflər erməni lobbisinin qondarma soyqırımı iddialarına qarşı da birgə mübarizə aparmağa qərar veriblər.

/ANS TV/