Marafon qaçışında yeni dünya rekordu müəyyənləşdi

16 Sentyabr 2018 14:42

2016-cı ilin Olimpiya çempionu, keniyalı Eliud Kipçoqe Berlin marafonunun qalibi olub.

"Report"un məlumatına görə, bu barədə RT məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, marafon qaçışında yeni dünya rekordu müəyyənləşdirib. İdmançı 42194 metr məsafəni 2 saat 1 dəqiqə 39 saniyəyə qət edib. Eliud Kipçoqe bu nailiyyətlə Denis Kipruto Kimmetonu 1 dəqiqə 18 saniyə üstələyib.

Qeyd edək ki, Kimmeto bu rekorda 2016-cı ilə imza atıb. Həmin göstərici də həmçinin Berlin marafonunda əldə edilib. 

Milli.Az