İdmançımız Qətərdə dünya kubokunda qalib olub

16 Sentyabr 2018 14:20

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olub.

Milli.Az report-a istinadən bildirir ki, Maksim Şemberev yüksək göstərici ilə qızıl medal qazanıb.

200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.

Milli.Az