Keçmiş əri Gülbenə təşəkkür etdi - FOTO

16 Sentyabr 2018 13:33

Müğənni Gülben Ərgənin keçmiş həyat yoldaşı Mustafa Erdoğan dəvət olunduğu verilişlərdən birində ona təşəkkür edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, müğənniyə övladlarına yaxşı baxdığı üçün xoş sözlər deyib:

"Gülben çox yaxşı anadır. Ona çox təşəkkür edirəm. Çox gözəl analıq edir.  Övladlarımızı yaxşı böyüdür. O, həm də mükəmməl dostdur".

Qeyd edək ki, ikili 2004-cü ildə ailə qurub, 2012-ci ildə boşanıb. Cütlüyün bu evlilikdən 3 övladı var. 

Milli.Az