Tanınmış aktrisa evində yıxıldı, xəstəxanaya apardılar - FOTO

16 Sentyabr 2018 13:10

Türkiyəli məşhur aktrisa Fatma Girik Bodrumda yaşadığı evində yıxılıb.

"Qafqazinfo" "Posta"ya istinadən xəbər verir ki, 75 yaşlı aktrisanın çanaq sümüyü çatlayıb.

Xəstəxanaya yerləşdirilən F.Girikə ilkin müdaxilədən sonra vəziyyəti normallaşıb. O, həmin gün evə buraxılıb.

Həkimlər aktrisanın 3 həftə sonra sağalacağını bildiriblər.

Milli.Az