Azərbaycanlı sənətçiyə ağır itki - FOTO

16 Sentyabr 2018 10:12

Milli.Az xəbər verir ki, Musiqili Teatrın tanınmış rejissoru Əhəd Hacıyevə ağır itki üz verib. Belə ki, rejissorun qardaşı İrad Hacıyev qəflətən dünyasını dəyişib.

Hacıyev İrad Ağahüseyn oğlu "İrşad Telekom" MMC-nin rəhbəri idi. 

Gənc iş adamının ürəyi dayanıb.

1978-ci il təvəllüdlü İrad Hacıyevin ölümü ilə bağlı təfərrüatlı məlumat yoxdur.

Əhəd Hacıyev 

Qeyd edək ki, Əhəd Hacıyev teatrda bir neçə tamaşaya quruluş verib. 
Allah rəhmət etsin!

Əli Novruzəliyev
Milli.Az