Gəncədə 7 otaqlı ev yandı

16 Sentyabr 2018 09:30

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Milli.Az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan 7 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az