Astanada eniş edən sərnişin təyyarəsi alışdı - VİDEO

15 Sentyabr 2018 20:46

Atıraudan Astanaya uçan "Airbus A320" sərnişin təyyarəsinin mühərriki hava limanına eniş etdikdən sonra alışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın aradan qaldırılıb.

Hadisə zamanı göyərtədə 91 sərnişin və 8 ekipaj üzvü olub.

Milli.Az