Aprelin 4-nə olan hava proqnozu
4 Aprel 2010 06:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 4-də ölkə ərazisində gecə və axşam saatlarında havanın yağmurlu keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gündüz müsbət 13-15, gecə 6-8, Naxçıvanda gündüz 18-20, gecə 5-7, aran bölgəsində gündüz müsbət 18-20, gecə 8-10, dağlıq zonada gündüz müsbət 10-12, gecə 1-3 dərəcə təşkil edəcək.
Milli.Az