Rusiyada ağır qəza: 4 ukraynalı həlak olub

15 Sentyabr 2018 19:44

Rusiya Federasiyasının Leninqrad vilayətində baş verən yol qəzasında dörd ukraynalı həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maryana Betsa məlumat verib. Onun sözlərinə görə, Ukrayna konsulluğu baş verən hadisənin araşdırılmasında yaxından iştirak edir.

Milli.Az