Paşinyan Koçaryan və Sarqsyanı siyasi meyit adlandırdı

15 Sentyabr 2018 19:23

Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanı siyasi meyit adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib:

"Bir dəfə artıq bəyan etmişəm ki, Robert Koçaryan, habelə Serj Sarqsyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdir. Lakin bu o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər".

Milli.Az