Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixracını kəskin artırıb

15 Sentyabr 2018 19:19

Cari ilin səkkiz ayında Azərbaycan 1 mlrd. 264 mln. 401,21 min kVt/saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, ixracın statistik dəyəri 59 mln. 586,32 min dollar olub.

Müqayisə üçün bildirək ki, 2017-ci ilin səkkiz ayı ərzində Azərbaycan 36 mln. 232,16 min dollar məbləğində 812 mln. 338,69 min kVt/saat elektrik enerjisi ixrac edib.

Beləliklə, Azərbaycan cari ilin səkkiz ayında 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 55,6% çox elektrik enerjisi ixrac edib.

Qeyd edək ki, elektrik enerjisi Gürcüstan, Türkiyə, Rusiya və İrana satılır.

Konkret olaraq, 2017-ci ildə Gürcüstana 891 mln. kVt/saat, Rusiyaya 124,4 mln kVt/saat, Türkiyəyə 101,5 mln kVt/saat, İrana isə 43,3 mln kVt/saat elektrik enerjisi ixrac olunub.

Milli.Az