Bir az qorxu, bir az həyəcan, bir az heyrət və bol sevinc - GÜNÜN QƏHRƏMANLARI - FOTOREPORTAJ

15 Sentyabr 2018 18:11

Həvəslə gələnlər də var idi, valideynlərin dil tökə-tökə gətirdikləri də. Əllərində gül şəstlə cərgədə duranlar da var idi, çaşqınlıq içində baş verənləri izləyənlər də. Bütün hallarda gözəl görüntülər idi.

Həyatlarında ən məsuliyyətli, ən vacib addımı atırdılar bu gün birincilər.

Qorxu, heyrət, sevinc, həyəcan dolu məsum simalar, ağ paltar geyinmiş mələklər, güllərin arxasından boylanan gözlər həyatlarının ilk bilik zəngini gözləyirdi. 

Milli.Az Bakının Xətai rayonunda yerləşən 24 saylı tam orta məktəbdə Bilik günü tədbirindən maraqlı görüntüləri təqdim edir.

Milli.Az