Daha bir rus ulduz Dağıstana buraxılmadı

15 Sentyabr 2018 17:04

Daha bir məşhur rep ifaçısının Dağıstanda konserti ləğv olunub. 

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, rus ulduz Eldjeyin  Maxaçqalada planlaşdırılan musiqili gecəsi baş tutmayacaq. 

Təşkilatçılar oktyabrın 5-də Filarmoniyada rolacaq konsertin ləğv edilməsi barədə məlumat verib.  Onlar yerli əhali tərəfindən sıxışdırılığını, Dağıstan mentalitetinə uyğun olmayan sənətçilərin boykot edildiyini bildiriblər. 

Qeyd edək ki,  bundan əvvəl repçi Eqor Kridin də Maxaçqaladakı konserti ləğv olunmuşdu. 

Milli.Az