İntim münasibətdə olmağın daha bir faydası açıqlandı - ARAŞDIRMA

9 Fevral 2024 00:08

İntim münasibətdə olmağın daha bir faydası açıqlanıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Britaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, ayda azı 4 dəfə cinsi əlaqədə olan şəxslərin hüceyrələri azı 15 il gəncləşirlər.

Həftədə azı bir dəfə cinsi əlaqənin vacibliyini vurğulayan araşdırmaya görə, həmçinin, ildə bir dəfə tətilə çıxmaq, heyvan bəsləmək, sevdiklərinizlə xoş vaxt keçirmək və idman etmək də insanı gəncləşdirən amillərdəndir.

Bütün bunlar isə sadalanan fəaliyyətlər zamanı insanda ifraz olunan xoşbəxtlik hormonları ilə bağlıdır.

Stress insanı nə qədər yaşlandırsa da, xoşbəxtlik hormonu da insanı bir o qədər gəncləşdirir.

Emin
Milli.Az